Hyundai Elantra-nın yeni versiyası təqdim edildi
Hyundai şirkəti Elantra ailəsinin N Line indeksinə malik olan “idman” versiyasını təqdim edib. Elantra N Line modifikasiyasını adi modeldən fərqli dekorasiyası, asqı sisteminin xüsusi tənzimləmələri və daha güclü mühərriki ilə seçilir.
Yeni model Elantra GT hetçbeki və Elantra Sport sedanından tanış olan 201 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərrik, altı pilləli mexaniki və ya iki muftalı yeddi pilləli DCT “robotu” ilə təchiz edilir. Sedanın top versiyası daha sərt xarakteristikalı asqı sisteminə və ön tərəfdəki iri əyləc mexanzimlərinə sahib olub.
Zahiri cəhətdən Elantra N Line modelini kaskadlı radiator barmaqlığının naxışları, oxşəkilli işləmələri olan daha iri formalı hava girişləri və xüsusi dizaynı olan 18-düymlük təkər diskləri, həmçinin yüksək parlaq qara rəngli güzgü gövdələri və güzgü örtükləri sayəsində tanımaq olar. Arxa tərəfdə kiçik spoyler, diffuzor və cütlənmiş çıxış boruları olan buraxılış sistemi diqqəti çəkir.
Salonda qırmızı tikişləri və metaldan dekoru, genişləndirilmiş yan dəstəkləri olan oturacaqları və N emblemlərini görmək olar. Üçqollu sükan çarxı dəlikli dəri ilə üzlənib. Pedallar metal üzlüklərlə örtülmüşdür.
Elektron köməkçilərin siyahısına öndən toqquşmaların qarşısını alan sistem, yol xətlərinin izlənməsi, avtomatik uzaq işıqlar, sürücünün vəziyyətinin və kor zonaların monitorinqi sistemləri daxil edilib.
Yeddinci nəsil Hyundai Elantra modeli bu ilin mart ayında debüt edib. Model yeni platformaya köçüb, tamamilə yenilənmiş eksteryer dizaynına və hibrid güc qurğusuna sahib olub. Yeni modelin istehsalına bu ilin payızında başlanmalıdır. Yeni Hyundai Elantra modelininCənubi Koreyada və ABŞ-dakı satışlarna cari ilin dördüncü rübündə başlanacaqdır.
Müəllif Ramin Musayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)





