Təmassız ödənişin limiti 2 dəfə artırıldı
PİN kod yığılmadan 100 manat ödəmək olacaqKart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib.
Bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq.
İndiyə qədər bu məbləğ 50 manat idi.
Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib.
Qərar 13 avqust 20120-ci il tarixindən qüvvəyə minib.
Təmassız ödəniş – gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Kartı POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN kod yığılmadan birbaşa həyata keçsin. İndiyədək ödəniş məbləği 50 manatdan çox olduğu halda əməliyyatı həyata keçirmək üçün kartı POS terminala yaxınlaşdırdıqdan sonra PİN kodu yığmaq tələb olunurdu. İndi 100 manatdan yuxarı əməliyyatlar üçün PİN kod tələb olunacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)







