Elmar Vəliyevin vaxıtnda işləyənlər barəsində cinayət işi başlanıb - MADDƏLƏR
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.
Sabiq icra başçısı Elmar Vəliyevin vaxıtnda şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Gəncə Şəhər Nizami rayon İcra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.
Onlar barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.
Əli Rüstəmovla bağlı təqdimata hakim Vüqar Məmmədov, Məharət Mustafayevlə bağlı təqdimata isə hakim Fərid Əmirəliyev baxacaq.
Qeyd edək ki, hər iki şəxs ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Gəncə Şəhər İcra Hakimiyyəti də məlumat yayıb.
Məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməyib.
“Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yanlışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər”, -deyə məlumatda bildirilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)





