Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılır
Sentyabr ayından Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-2021-ci il üçün payızlıq əkinlərin bəyanına başlanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür.
Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:
- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
- Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilmiş rayonlar üzrə əkin əmsalı 0-a bərabər tutulduqda;
- kateqoriyası kənd təsərrüfatı olmayan torpaqlarda və örüş yerlərində əkin aparıldıqda;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz çox olduqda cari il ərzində;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda isə cari il və sonrakı il ərzində;
- tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə;
Bundan başqa, əvvəlki dövrdə subsidiyanı başqa məqsədlər üçün xərcləməyə çalışan, 75% nağdsız subsidiyanı nağdlaşdırmağa cəhd edən fermerlər də subsidiya almaq hüququndan məhrum ediləcəklər.
Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək.
Fermerlər EKTİS-dən istifadə qaydaları və payızlıq əkinlərin bəyanı ilə bağlı texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərin və “Asan xidmət” mərkzələrinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)













.jpg)




