“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
(®️) Azərbaycanın aparıcı biznes banklarından biri olan “Rabitəbank” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.
Razılaşmaya əsasən ölkəmizdə kiçik və orta bizneslərə dəstək proqramının icrasına başlanılıb. Proqram çərçivəsində “COVİD-19” pandemiyasından zərərçəkmiş və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlara subsidiyaların və zamənatlərin verilməsi nəzərdə tutulur. Dəstək proqramından “Rabitəbank”ın həm yeni, həm də cari müştəriləri faydalana bilərlər.
Sahibkarlar banka gəlmədən, Sahibkarlığın İnkişaf Fondunun Elektron Kredit Platformasına (https://e-edf.gov.az/#/) daxil olaraq “Rabitəbank”dan güzəştli biznes krediti əldə etmək üçün müraciət edə bilərlər. Bankdan alınacaq biznes kreditinin faizlərinin yarısı subsidiyalaşdırılaraq kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Kreditin müddəti 3 ilədək, güzəşt müddəti 12 ayadək, təklif olunan kreditin məbləği isə maksimum 3 000 000 AZN-dir.
“Rabitəbank”dan təklif olunan biznes kreditləri biznesdə yaranmış durğunluğu aradan qaldırmaq, post-pandemiya dövründə bizneslərin davamlı inkişafına stimul yaratmaq üçün əla fürsətdir.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)






