Təhsil müəssisələrində tədris bərpa edilir - TARİX
“Təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır”.
Marja xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E. Əmrullayev deyib ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır: “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir”.
E. Əmrullayev deyib ki, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin: “İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.
Nazir, "Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirik” deyib.
Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir".
Emin Əmrullayev deyib ki, "Beşinci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur".
O bildirib ki, sentyabrın 15-dən 5-ci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur: "Oktyabrın 1-dən 5-dən 9-dək siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə 10 və 11-ci siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur".
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.
Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır: “15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər”.
Nazir, “Bu və ya digər təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyıq” - bildirib.
E. Əmrullayev deyib ki, cəmiyyətdə ümumi qaydalara əməl edilməsi təhsil sisteminin daha tez normala qayıtmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN














.jpg)







