Azərbaycandakı palçıq vulkanlarının UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır
"Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur. Regionda isə ən çox palçıq vulkanı məhz Azərbaycandadır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, ölkədə qoruq statusu altında mühafizə olunan vulkanlar var: "Qoruq isə ciddi mühafizə altında olan bir ərazidir. Amma qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür".
A. Səmədova bildirib ki, hazırda palçıq vulkanlarına geopark statusunun verilməsi və həmin geoparkların UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır: "Ötən il geoparkların əsasnaməsi təsdiqlənib. Geopark statusu olduqdan sonra həmin vulkanlarda geoturizm inkişaf etdiriləcək. İnsanlar gedib həmin vulkanlara baxa və bələdçi vasitəsilə bu vulkanlar barədə məlumat ala biləcəklər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)



