Son illər kredit ittifaqlarına pul ayırmaq istəmirlər - SAYLARI AZALIR
Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının sayı getdikcə azalır.
2017-ci ildə ölkədə kredit ittifaqlarının sayı 109-dan 76-ya, 2018-ci ildə 76-dan 61-ə, 2019-cu ildə isə 61-dən 45-ə düşüb.
2020-ci ilin əvvəlindən isə Azərbaycan Mərkəzi Bankı (AMB) daha 3 kredit ittifaqının lisenziyasını ləğv edib. Bunlar Sumqayıt şəhərindəki "Böyük İstisu", Quba rayonundakı "Əlif" və Beyləqan rayonundakı "Optimal" kredit ittifaqlarıdır. Beləliklə, hazırda bu növ maliyyə qurumlarının sayı 42-dir ki, bu da 3 il əvvələ nisbətən 2,6 dəfə azdır. Bəs kredit ittifaqları niyə "yoxa çıxır"?
Zərərlə işləyirlər
Müşahidələr göstərir ki, Azərbaycanda lisenziyası ləğv olunan kredit ittifaqlarının çoxu bazardan məcburi şəkildə uzaqlaşdırılır. Yəni könüllü şəkildə lisenziyasının ləğv olunması üçün tənzimləyici quruma müraciət edənlər azdır. Bu da kredit ittifaqlarının fəaliyyətinin uğursuz olmasından xəbər verir. AMB-nin rübdə bir dəfə açıqladığı statistika da kredit ittifaqlarının zərərlə işlədiyini göstərir. Maliyyə qurumları ötən ili 700 min manat, bu ilin I yarısını isə 300 min manat zərərlə başa vurublar.
Assosiasiya qismən fəaliyyət göstərir
Azərbaycandakı banklar və bank olmayan kredit təşkilatları (BOKT) kimi, kredit ittifaqlarının da maraqlarını qoruyan ictimai təşkilat var. Bu da Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır (AKİA). Qurumun İdarə Heyətinin sədri Anar Babayev deyir ki, Assosiasiya vaxtilə ölkədə uğurla işləyən qeyri-hökumət təşkilatlarından biri olsa da, hazırda qismən fəaliyyət göstərir: "Bu da kredit ittifaqlarının sayının azalması, mövcud olanların isə fəaliyyətini məhdud şəkildə davam etdirməsi ilə bağlıdır. Hazırda fəaliyyətimizi daxili imkanlar hesabına təmin edirik. Ümid edirik ki, tezliklə sağlam və uğurlu fəaliyyətimizi bərpa edərək vəzifələrimizin icrasına başlayacağıq. AKİA-nın davamlı və dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə yerli və xarici donor təşkilatlara müraciətlər unvanlanacaq".
Kredit tarixçələrini əldə etmək olmur
Kredit ittifaqlarının əsasən ucqar kəndlərdə işlədiyini, kreditləşmə şərtlərinin və iş prinsiplərinin banklar və BOKT-larla müqayisədə sadə və rahat olduğunu deyən Assosiasiya sədri maliyyə qurumlarının problemlərini də sadalayıb: “Əsas çətinlik borcalanların kredit tarixçələrinin əldə edilməsi imkanlarının məhdud olması ilə bağlıdır. Kredit ittifaqları müştərilər haqqında məlumatları əsasən arayışlarla, şifahi şəkildə və üçüncü şəxslərin köməyi ilə əldə edirlər. Digər bir çətinlik isə vahid proqram təminatının olmamasıdır. Hazırda kredit ittifaqları "Excel", "1C" və digər proqramlardan istifadə edir. Vahid proqram təminatı olsa ki, hamı fəaliyyətini və hesabatlılığını mərkəzləşdirilmiş və rahat şəkildə həyata keçirər. AKİA olaraq bizə müxtəlif proqram təminatı ilə məşğul olan şirkətlər və fərdlər müraciətlər edib. Lakin maliyyə resursları olmadığı üçün təklifləri dəyərləndirmək mümkün olmayıb".
Pul verənlər azalıb
Bununla belə, kredit ittifaqlarının ən ciddi problemi onların maliyyə resurslarına çıxış imkanlarının əvvəlki vaxtlarla müqayisədə azalmasıdır. Beyləqan rayonunda fəaliyyət göstərən "Aşıxlı" kredit ittifaqının sədri (AKİA-nın əvvəlki sədri) Ayaz Quliyev deyir ki, son vaxtlar dövlət qurumları onlarla işləmək istəmir: "Məsələn, biz uzun illər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə işləmişik. Amma bu qurum son illər kredit ittifaqlarına pul ayırmaq istəmir. Özüm bir neçə dəfə Agentlikdə olmuşam. Deyiblər ki, kredit ittifaqları ilə işləmək istəmirik. Bəzən də deyirlər böyük banklar kredit ittifaqlarına zamin durmalıdır. Ya da Agentlik 5 il müdddətinə verilmiş kreditləri vaxtından əvvəl geri qaytarmağı tələb edir. Kredit ittifaqları da həmin pulu qaytara bilmir. Ona görə də, hazırda yalnız İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişfa Fondu (SİF) ilə işləyirik. İldə bir dəfə onlardan pul götürüb vətəndaşlara paylayırıq, vaxtı çatanda geri ödəyirik. Az məbləğdə öz vəsaitlərimiz də var, onunla da işləyirik. Amma bütün müraciət edənlərə kredit verə bilmirik. Öz vəsaitimizi illik 20%-lə, SİF-in vəsaitini isə illik 5%-lə kredit kimi veririk (Fond bizə vəsaiti illik 1%-lə verir).
"Depozit qəbul etsək yaxşı olar"
"Qanunvericilikdə kredit ittifaqları üçün heç bir dəyişiklik yoxdur. Köhnə qanundur. Kredit ittifaqlarına bir növ ögey münasibət var. Yaxşı olardı ki, qanuna dəyişiklik edilsin, kredit ittifaqları depozit qəbul edə bilsin. Digər tərəfdən kredit ittifaqlarının bəzi vergilərdən, məsələn, mənfəət vergisindən azad edilməsi məqsədəuyğun olardı. Verilmiş kreditlər bir qədər çətinliklə də olsa geri qaytarılır. İndi kredit verəndə daha çox şərtləri nəzərə alırıq. Ay ərzində bir-iki dəfə kredit veririk. Bunun da məbləği 5 min manatı keçmir. Kredit ittifaqı olaraq 5 min manatdan yuxarı kredit vermirik. Əksər kredit ittifaqları bu cür işləyir. Bir ara SİF-in vəsaitləri ilə 15 min manata qədər kredit verə bilərdik. Amma indi bu da ləğv olunub. Bütün çətinliklərə baxmayaraq işləyə bilirik”.
"Kredit ittifaqları bizə borcludur"
"Report" Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənib. Agentlikdən bildirilib ki, kredit ittifaqlarının onlar borcu çoxdur: "Borcun ümumi məbləği böyükdür. Kredit ittfaqlarının rəhbərləri deyirdi ki, siz bizə yenidən kredit verin, biz işləyək və sizin borcunuzu qaytaraq. Bizim borcumuz qayıtmayınca onlara pul verə bilmərik. Çünki zəmanət yoxdur ki, sabah onlar o pulu qaytaracaqlar, ya yox. Hazırda borclarını qaytara bilməyən kredit ittifaqları barədə Baş Prokurorluğa müraciət edilib. 2018-ci ildən sonra cəmi 1 kredit ittifaqına vəsait vermişdik, həmin kredit ittifaqı da problem yaratdı, borcunu geri ödəmədi".
"Report"
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!















.jpg)




