Dünyada tanınmış layihəsi Azərbaycanda da həyata keçiriləcək
“Miniboss Business School” proqramı Azərbaycanda da uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaqdır.Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi Tədqiqat Mərkəzinin “Miniboss Business School” proqramının ölkəmizdə həyata keçirilməsinə dəstək göstərəcək.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, uşaq və yeniyetmələrə biznesin əsaslarını tədris edən “Miniboss Business School” proqramı Fransa, Ukrayna, Litva, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, İndoneziya, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdə rəsmi nümayəndəliklərə və franşiza əsasında fəaliyyət göstərən biznes məktəblərinə malikdir.
Bu biznes məktəbləri xüsusi tədris proqramı və metodologiyası 8 kursdan ibarət olmaqla biznes ideyaların inkişafı, innovasiyaların nəzəriyyəsi və praktikası, kommunikasiyalar, danışıqların aparılması, mentorinq və digər sahələrdə gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edir.
“Miniboss Business School” proqramı Azərbaycanda da uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaqdır (https://baku.miniboss-school.com/).
Ölkəmizdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, ömürboyu öyrənmək və milli profilli sahibkarlıq mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif tədris proqramlarının və dərsliklərin hazırlanması, digər tədbirlərin reallaşdırılması prosesində iştirak edən KOBİA “Miniboss Business School” proqramının yerli sahibkarlar tərəfindən həyata keçirilməsini dəstəkləyir. Agentlik həmçinin, proqram çərçivəsində biznes üzrə master-klassların, müxtəlif sahələrdə uğur qazanmış iş adamları tərəfindən mühazirələrin təşkili, tədris prosesinə qadın və gənc sahibkarların, eləcə də həssas kateqoriyadan olan sahibkarların cəlb edilməsinə dəstək göstərəcəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























