Mərkəzi Bank tərəfindən yeni məsafədən kurslar hazırlanaraq istifadəyə verilib
Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.
Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az/) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank əməkdaşları tərəfindən “Kapital bazarlarının əsasları” və “Avtoicbari sığorta” mövzularında iki məsafədən kurs hazırlanaraq istifadəyə verilmişdir.
Eyni zamanda beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində aktual mövzularda yeni məsafədən kurslar da hazırlanmışdır. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Agent bankçılıq: mahiyyəti, riskləri və həyata keçirmə üsulları” və “Əhalinin rəqəmsal maliyyə savadlılığı” mövzularında, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda yeni kurslar əhalinin istifadəsinə verilmişdir.
Qeyd edək ki, Mərkəzi Bankın Virtual Təhsil Platforması (VTP) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır. VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər.
Mərkəzi Bank tərəfindən təqdim olunan məsafədə kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilər üçün xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yekun qiymətləndirmə imtahanı da hal-hazırda video formatda həyata keçirilir və bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. Video formatda keçiriləcək yekun imtahanda məqbul bal toplamış dinləyicilər həmçinin müvafiq sertifikatla təmin olunur. Mərkəzi Bankın Virtual Təhsil Platforması ilə bağlı müraciətlər [email protected] elektron ünvanına göndərilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
12 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















