Gəncə avtomobil zavodu Türkiyəyə elektrobus satacaq
Yaxın vaxtlarda Türkiyə Respublikasının böyük şəhərlərindən biri ilə Gəncə avtomobil zavodunun yığdığı elektrobusların satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutulur. Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşıb:
“Bu gün bütün dünyada həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəli olan elektrobuslardan istifadəyə başlanılmışdır. Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/ saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/ G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm dizayn baxımından, həm də ətraf mühitin yanacağın tullantılarından qorunması baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına başlanmışdır”. Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə gəlincə Müşahidə Şurasının sədri bildirib ki, istər Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elektrobusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var: “Bu gün ölkəmizin bütün şəhər və rayonları dövlət başçısı İlham Əliyevin diqqət, qayğısı sayəsində günü gündən böyüyür, inkişaf edir, gözəlləşir, müasirləşir. Təbii ki, hər gün yaşıllaşan və ekoloji baximdan təmiz şəhərə çevirməyə çalışdığımız yaşayış yerlərində ekoloji baxımdan çox vacib olan elektrobusların xəttlər üzrə istifadəyə verilməsi çox məqsədəuyğun olardı. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)






