Azercell-in “Qızıl Sponsor”luğu virtual toplantı işinə başlayıb
Şirkətin dəstək verdiyi tədbirə dünyanın hər nöqtəsindən iştirakçılar qatılıb(®️) İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı “Bərabərliyin iki tərəfi var” devizi ilə bugun öz işinə başlayıb. Bu il ADA Universitetinin təşkilatçılığı və ev sahibliyi, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilən toplantıya dünyanın hər yerindən yüzlərlə iştirakçı qatılıb.
“womENcourage” beynəlxalq toplantısının açılış mərasimində yeni seçilmiş ACM Prezidenti, professor Gabriele Kotsis, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və “ACM-W” Avropa təşkilatının sədri Ruth Lennon salamlama nitqi ilə çıxış ediblər.
Tədbirin ilk günündə dünyanın ən iri telekommunikasiya şirkətlərinin nümayəndələri tərəfindən “Böyük verilənlər analitikasının böyük vədləri” mövzusunda məruzələr təqdim olunub. Dörd gün davam edəcək beynəlxalq toplantının növbəti günlərində “Süni intellekt: alqoritmlərdən etikaya” mövzusunda təqdimatlarla yanaşı, panel müzakirələri də aparılacaq.
Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların tədqiqat işlərinin təqdimatı da daxil edilib. Belə ki, “womENcourage”də dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edən tələbələrin 30 posteri təqdim olunacaq.
Tədbirin üçüncü günündə “womENcourage 2020” iştirakçıları üçün karyera yarmarkası təşkil ediləcək. Tələbələr müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə görüşərək mövcud vakansiyalardan yararlana biləcəklər. Azercell şirkəti də öz növbəsində iştirakçılara mövcud vakansiyalar barədə məlumat təqdim edəcək. İnformatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edən konfransın sonunda 100-ə yaxın iştirakçı haker marafonunda (“hakathon”) yarışacaq. Hakafon zamanı haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq uğrunda mübarizə aparacaqlar. Azercell şirkətinin Big Data və Təhlillər departamentinin Data Mühəndisliyi şöbəsinin rəhbəri Rəhim Əhmədov bu yarışmanın münsifi qismində iştirak edəcək.
Bu il Azercell-in Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu ilə baş tutan “womENcourage” hər dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Beynəlxalq tədbirin əvvəlki görüşləri İtaliya, Serbiya, İspaniya, Avstriya, İsveç və Birləşmiş Krallıqda baş tutub. “womENcourage” texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, informatika sahəsinə daha çox cəlb olunmasına çalışan hər kəsi bir araya gətirməklə onların fərdi inkişafına kömək edir. Bu konfrans iştirakçıları dünya üzrə informatika sahəsində tanınmış mütəxəssislərin təcrübəsi ilə tanış olur, praktiki biliklər qazanır, həmçinin də özlərini təqdim etmək imkanı əldə edirlər. Bununla yanaşı, konfrans informatika sahəsində təmsil olunan xanımların işlə təmin olunmasına da yardımçı olur.
Qeyd edək ki, Azercell Telekom Azərbaycanda məktəbli və tələbələrin müxtəlif sahələrdə, xüsusilə informatika ilə bağlı bilik və bacarıqlarının artırılmasına yönələn layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər və bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. Azercell azərbaycanlı şagirdlərin kompüter bilikləri sahəsində ən nüfuzlu yarışmalardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirakını hər il dəstəkləyir. Artıq bir neçə ildir ki, şirkətin elan etdiyi Tələbə Təqaüdü proqramı çərçivəsində yerli universitetlərdə İKT sahəsində təhsil alan və fərqlənməyi bacaran gənclərə aylıq təqaüdlər təqdim olunur. İndiyədək Azercell-in dəstəyilə gənclərin informasiya kommunikasiya texnologiyaları sahəsində inkişafına kömək edən yüzlərlə layihə həyata keçirilib. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.
7-ci beynəlxalq “womENcourage” virtual toplantısı sentyabrın 27-dək davam edəcək. Tədbir haqda daha ətraflı https://womencourage.acm.org/2020/tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 3 saat əvvəl
-
3 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
4 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!

















.jpg)






