“Aqro-vest DC” şirkəti Silahlı Qüvvələrə 300 min manatlıq dəstək göstərib - FOTO
“Aqro-vest DC” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat vəsait köçürüb, bundan başqa əsgərlər üçün 200 000 manat dəyərində 70 026 ədəd müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri təmin edib.
Sentyabr ayının 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin silahlı qüvvələri Ermənistan respublikası qoşunları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması eləcə də digər ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyinin təmini üçün əks-hücum əməliyyatlarına start vermişdir. Qısa zamanda artıq şanlı ordumuz qalib ordu olduğunu isbat etmişdir. Bu gün qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir şəxsi yalnız bir sual düşündürür - mən vətən üçün nə edə bilərəm? Ayrı-ayrı fərdlər, şirkətlər, dövlət qurumları hər kəs çalışır ki, qələbədə payı olsun!
“Aqro-vest DC” MMC şirkəti ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə etmiş, bundan başqa şəxsi heyət üçün ümumi dəyəri 200 000 manat olan, 18 276 cüt corab, 4250 ədəd isti papaq, 15 000 ədəd isti alt geyim dəsti, 5 000 cüt çəkmə, 5 000 ədəd siqaret və 22 500 ədəd birdəfəlik üzqırxanla təmin etmişdir.
“Aqro-vest DC” MMC-nin baş direktoru Anar Şərifov:
“Əgər 10 gün əvvəl biz hamımız Cənab Prezidenti dəstəkləyərək, ölkəmizin iqtisadi inkişafına çalışırdıqsa, bu gün hamımız həm də onun əmrini gözləyən ƏSGƏRLƏRİK! Hər bir vətəndaş kimi biz də çalışırıq ki, “Qarabağ Azərbaycandır!” amalının həyata keçirilməsi üçün səylərimizi əsirgəməyək! Bizim 28 əməkdaşımız hal-hazırda döyüş bölgəsindədir. Biz onların əmək haqlarını tam şəkidlə saxlamış və bildirmişik gözləri arxada qalmasın, şirkətimiz daim onların əzizlərinin yanında olacaqdır! Etdiyimiz ianə və dəstəyə gəlincə, qeyd edim ki, biz bununla kifayətlənməyəcək, zaman-zaman dəstəyimizi göstərəcəyik!”
Aqro-vest DC MMC şirkəti gündəlik tələbat məhsullarının idxalı və dağıtımı üzrə fəaliyyət göstərir. Şirkətdə 809 nəfər əməkdaş çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)

