Beynəlxalq Qızıl Xaç Komitəsi açıqlama yaydı
“Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) gərginləşən Dağlıq Qarabağ münaqişəsi üzrə humanitar atəşkəslə bağlı razılıq əldə olunmasını təqdir edir və neytral vasitəçi qismində, hərbi əməliyyatlar zamanı həlak olmuş şəxslərin cənazələrinin qaytarılması və saxlanılan şəxslərin eyni zamanda azad edilməsi proseslərini təşkil etməyə hazırdır”.
Marja xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin açıqlamasında bildirilir.
“BQXK-nın dünyada baş verən münaqişələrdə uzun müddətə dayanan neytral vasitəçilik tarixi var və biz ümid edirik ki, bu proses də qısa müddət ərzində həyata keçirilə bilər və əməliyyatlar zamanı həlak olan şəxslərin cənazələri onların ailələrinə verilərək layiqli şəkildə dəfn edilər”, - deyə BQXK-nın Cenevrədə Avrasiya üzrə Regional Direktoru Martin Şüepp məlumat verib.
“Biz həmçinin, saxlanılan şəxslərin ailələrinə qovuşması üçün azad edilərək münaqişə tərəflərinə geri qaytarılması əməliyyatında yardımçı olmağa hazırıq. Sentyabr ayının sonlarında münaqişə alovlandığı zaman BQXK, humanitar ehtiyacları qarşılamaq və tərəflər arasında neytral vasitəçi qismində çıxış etmək üçün öz xidmətlərini təklif edib. BQXK, siyasi danışıqlara qatılmır.
Silahlı münaqişələri tənzimləyən beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri, hansı tərəfdə vuruşmasından asılı olmayaraq, bütün həlak olanları toplamaq və cənazələrini təxliyə etmək öhdəliyi daşıyır. BQXK tərəflərə həlak olanların beynəlxalq humanitar hüquqa uyğun olaraq kimliyinin müəyyən edilməsi ilə bağlı texniki tövsiyyələr verməyə, sonra isə cənazələrin qaytarılması prosesinə dəstək verməyə hazırdır.
Biz, tərəflərə müraciət edərək saxlanılan şəxslərin və həlak olanların qaytarılması, eləcə də təşkilati məsələlər və cəlb olunacaq əməkdaşlarımız üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla BQXK-nın prosesə nə dərəcədə cəlb olacağını müzakirə etməyə hazır olduğumuzu bildirmişik”, - deyə Şüep məlumat verib.
“Ümid edirik ki, bu razılaşma həftələr sürən ağır döyüşlərdən sonra ailələrin rahatlıq tapmasına səbəb olacaq.
2016-cı ilin aprelində bu münəqişə təmas xətti boyunca alovlandığı zaman da BQXK tərəflərə oxşar əməliyyatların həyata keçirilməsində dəstək göstərmişdi. Həmin vaxt əlaqələndirmənin yaxşı təşkil edilməsi üçün birgə göstərilən səylər nəticəsində bütün həlak olan şəxslərin cənazələri ailələrinə verilib və bununla da, 1992-ci ildə münaqişənin başladığı tarixdən bu yana 4500-dən çox insanı əhatə edən itkin düşmüş şəxslər siyahısına yeni adların əlavə olunmamasına nail olunub. BQXK Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri bu tipli əməliyyatlarda hakimiyyət orqanlarına dəfələrlə yardım edib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























