Suqovuşanın azad edilməsi əkin sahələrinin genişləndirilməsinə səbəb olacaq

Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları nəticəsində Şanlı Ordumuz 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altındakı Dağlıq Qarabağ və ətraf rayonların azad olunması istiqamətində qətiyyətlə irəliləməkdədir. Ordumuz vacib yüksəkliklərin və strateji ərazilərin, o cümlədən Suqovuşanın geri qaytarılması ilə yanaşı, 30 illik ekoloji terrora da son qoymuş oldu.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
Onun sözlərinə görə, münaqişə zonası ilə həmsərhəd olan Ağdam, Tərtər, Bərdə, Goranboy, Füzuli və Ağcabədi rayonlarının kənd təsərrüfatı istehsalçıları uzun illərdir Sərsəng və Suqovuşan su anbarlarının suyunun qarşısının ermənilər tərəfindən kəsilməsindən əziyyət çəkirlər: “Tərtərçay çayının üzərində yerləşən Sərsəng su anbarı Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və indiyədək Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. Su anbarının tutumu 565 milyon kubmetr olmaqla, bölgədəki iri su anbarlarından sayılır. Eyni çayın üzərində yerləşən və hazırda azad olunmuş Suqovuşan kəndinin ərazisində yerləşən eyniadlı su anbarının (tutumu 5,86 milyon kubmetr) qeyd olunan rayonların kənd təsərrüfatı torpaqlarının suvarılmasında əhəmiyyəti olduqca böyükdür. Artıq Suqovuşan su anbarından Tərtərçay çayına suyun ötürülməsi ilə tarixi ədalət bərpa olunub, ermənilərin beynəlxalq konvensiyaların tələblərini heçə sayaraq ekoloji tarazlığa vurduqları zərər aradan qaldırılıb. Tərtərçay çayında suyun artması nəticəsində Tərtər rayonu üzrə Şıxarx, Buruc, Ələsgərli, Bayandur, Yenikənd, Əskipara, Sarıcalı, İsmayılbəyli, Qaynaq, İlxıçılar, Qazyan, Qapanlı, Səhləbad, Qaraağacı, Həsənqaya və digər kəndlərin, Bərdə rayonunun Qasımbəyli, Körpüsındıran, Muğanlı, Kələntərli, Əmirli, Şirvanlı və başqa kəndlərinin, Yevlax rayonunun isə bir sıra ərazilərinin əkin sahələrinin suvarılma problemləri artıq həll olunmaqdadır. Bu isə adıçəkilən rayonlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, əkin sahələrinin genişləndirilməsinə öz töhfəsini verəcək”.
Firudin Tağıyev bildirib ki, Ali Baş Komandanımızın qətiyyəti və Şanlı Ordumuzun şücaəti sayəsində Dağlıq Qarabağ və ətraf rayonların tam olaraq işğaldan azad edilməsi və Sərsəng su anbarı da daxil olmaqla, işğaldakı Xaçınçay, Aşağı Köndələnçay, Köndələnçay-I, Köndələnçay-II və Ağdam kənd su anbarlarının yenidən istifadəmizə qayıtması, eləcə də indiyədək işğal altında olan 600 min hektaradək qiymətli kənd təsərrüfatlı təyinatlı torpaqlarımızın ölkənin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi hər birimizin səbirsizliklə gözlədiyi andır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
