Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı
Artıq Azercell-in mobil tətbiqi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək mümkün olduBütün vətəndaşlarımızın ürəyinin Qarabağda döyündüyü indiki dönəmdə hər bir Azərbaycanlı rəşadətli Ordumuza yardım etmək arzusu ilə yaşayır. Azərbaycan dövləti tərəfindən Silahlı Qüvvələrin təchizatı yüksək səviyyədə təmin olunsa da, Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürənlərin sayı durmadan artır. İşindən və peşəsindən, fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs cəbhədə döyüşən qəhrəman əsgərlərimizlə həmrəyliyini nümayiş etdirir.
Azercell şirkəti də öz abunəçilərinə Silahlı Qüvvələrə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını yaradır. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 AZN olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 AZN, aylıq limit isə 500 AZN təşkil edir.
Qeyd edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim” mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir.
Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.
Xatırladaq ki, Azercell şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.
Bundan əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə ki, hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına Azercell tərəfindən 100 AZN köçürülüb.
Azercell şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün böyük və möhtəşəm qələbə ilə başa çatacağına əmindir.
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
7 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
8 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM

























