Avro və funt sterlinq ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında cümə axşamı Amerikanın əmək bazarına dair fundamental göstəricilərin mənfi açıqlanması və Breksitə dair tərəflərdən müsbət açıqlamaların yayımlanması, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma dalğalarının dinamikasının zəifləməsinə, bahalaşma proqnozlarının artmasına səbəb olub. Buğalar fürsət - güclü siqnallar gözləyirlər.
Texniki təhlillərə əsasən, avro 1.1715$ müqavimətini qırmaqdıqca, 1.1660 və 1.1630$-a kimi ucuzlaşa bilər. Funtun qiymətində də eyni tendensiya müşahidə edilir. Belə ki, GBPUSD məzənnəsi 1.2934$-ın altında qaldıqca, 1.2844 və 1.2805$- kimi ucuzlaşa bilər. Müqavimətin qırılması isə bahalaşmanın güclənə biləcəyi üçün əsas olacaqdır.
Əmtəə birjalarında da qızıl və neftin qiymətləri üzrə proqnozlar yuxarı istiqamətdədir. Cümə axşamı Amerikanın neft ehtiyatlarına dair göstəricilərin dərci, Brent neftinin bahalaşması üçün dəstək xarakteri rolunu oynadı. Asiya sessiyasında bir barel üzrə qiymət müqavimətlə rastlaşsa da 42$-ın üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir və 43.55$-ın qırılması ilə yeni maksimumların yaranacağı proqnozlaşdırılır.
Qızılın qiymətində də 1898$-a kimi ucuzlaşma korrektiv qiymətləndirilir və 1912$-ın qırılması ilə bir unsiya üzrə qiymətin 1933$-a kimi dəyər qazana biləcəyi ehtimal edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
5 d. əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlar ticarətə buraxılır -TARİX
-
-
37 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlar ticarətə buraxılır -TARİX
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Ən çox oxunanlar
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub























