Səfir: Azərbaycan və Yaponiya arasında sərnişindaşıma inkişaf etdirilməlidir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən tranzit daşımalar və aviasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda ölkələrimiz arasında aviasiya sahəsində yükdaşımaların “Silkway” şirkəti vasitəsilə həyata keçirildiyini deyən səfir Cuniçi Vada gələcəkdə sərnişindaşımanın da inkişaf etdirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan və Yaponiya arasında turizmin inkişafı bu sahəyə təkan verə bilər. “Təəssüf ki, hazırda COVID-19 pandemiyası ilə əlaqədar turizm sahəsi bütün dünyada durğunluq yaşayır”.
Eyni zamanda görüşdə Azərbaycanın Yüksək Texnologiyalar parklarında Yaponiyanın texnologiya şirkətləri tərəfindən elmtutumlu istehsalat müəssisələrinin yaradılması imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
55 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















