2 aydır Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
2020-ci ilin 9 ayı ərzində Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında pomidor ixracı miqdar ifadəsi ilə 15,5%, məbləğ ifadəsi ilə 17,9% artıb. Xatırladaq ki, 2019-cu ilin 9 ayında Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min 148 ton pomidor ixrac edilmişdi.
Artımlar cari ilin yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
Diqqəti cəlb edən avqust və sentyabrda pomidor ixracının azalmasıdır. Sentyabrda xaricə cəmi 763 min dollar dəyərində 861 ton pomidor ixrac edlib. Avqustda isə xaricə cəmi 493 min dollar dəyərində 591 ton pomidor ixrac edlib.
2020-ci ilin 7 ayı ərzində Azərbaycandan 166 milyon 546 min dollar dəyərində 153 min 528 ton pomidor ixrac edilmişdi.
2019-cu ilin 12 ayı ərzində isə Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil ödənişli olacaq
-
-
32 d. əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
49 d. əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
2 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Ən çox oxunanlar
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
















