Yüksək Texnologiyalar Parkı ordumuza tibbi ləvazimatlar və mühərrik yağları göndərdi
tibbi ləvazimatlar və mühərrik yağlarından ibarət yardım göndər
AMEA rəhbərliyinin tapşırığı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu növbəti dəfə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.
YT Parkdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, göndərilən tibbi ləvazimatlara Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.
Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 40 000 manat olan yardım göstərilib.
Yüksək Texnologiyalar Parkının kollektivi olaraq cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla onları dəstəkləməyə hazır olduğumuzu bildiririk!
Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları torpaqlarımızın tam işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycan haqlı mübarizədə zəfər çalacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
