"Samsung"un flaqman modelinin satışları uğursuz olub
Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 20" flaqman smartfonunun istehsal tempini azaldıb.
Bu barədə Koreyanın "The Elec" nəşri yazır.
"Galaxy Note 20" smartfonunun istehsalının azaldılması alıcıların bu modelə olan tələbatının az olması izah olunur. Belə ki, oktyabr ayında "Samsung" bazara təxminən 900 min cihaz çıxarmağı planlaşdırsa da, bu smartfondan yalnız 600 min istehsal edib.
Xatırladaq ki, "Galaxy Note 20" flaqmanının baza modelinin rəsmi satışlarına bu ilin avqust ayında start verilib. Bildirilir ki, "Samsung"un TOP flaqmanı olan "Galaxy Note 20 Ultra" modeli baza modeli sayılan "Galaxy Note 20"dən daha çox populyarlıq qazanıb. "Galaxy Note 20" və "Galaxy Note 20 Ultra"nın istehsal nisbəti təxminən 1:2 olub.
Qeyd edək ki, bu modellərin Azərbaycan bazarında qiyməti müvafiq olaraq 2 100 manat və 2 600 manat təşkil edir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 30 d. əvvəl
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR







.jpg)











.jpg)





