Bayramovun Çavuşoğlu ilə telefon danışığı baş tutub
10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.
Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.
Türkiyə MN: Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcə vuruşaraq qələbə qazandı
“30 il əvvəl yaşanan əzablar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcə vuruşaraq qələbə qazandı”.
Bunu Türkiyə Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində qeyd edib.
"Azərbaycanlı qardaşlarımız aşağıdakı atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olur". Pis günlər bitdi, bu gün zəfər günüdür və qutlu olsun”, - deyə paylaşımda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
12 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl