Veysəloğlu Şirkətlər Qrupu fəaliyyətini rəqəmsallaşdırır
Veysəloğlu Şirkətlər Qrupu yeni İT strategiyası çərçivəsində istehsal və biznes proseslərinin SAP S/4HANA rəqəmsal platformasına keçirilməsi ilə bağlı növbəti mərhələni uğurla başa vurub.
Qrupdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Şirkətlər Qrupunda rəqəmsal platformaya keçidlə bağlı SAP Layihə Məşvərət Şurası yaradılıb. Şurada qəbul edilən qərara uyğun olaraq layihənin adı V-SAP olaraq təyin olunub və layihənin xüsusi loqosu hazırlanıb.
Ümumilikdə 8 mərhələdən ibarət SAP layihəsinin tətbiqi Veysəloğlu Şirkətlər Qrupu daxilində ilk olaraq “Veysəloğlu” MMC satış və distribüter şirkətindən tətbiq edilməyə başlanıb.
Qeyd edək ki, 11 hissədən ibarət “Proseslərin təhlili”nin 3-cü mərhələsi tamamlanıb və növbəti mərhələyə keçid üzərində fəaliyyətlər davam edir.
Veysəloğlu Şirkətlər Qrupunda SAP S/4HANA layihəsinin tətbiqinə 2020-ci ilin fevral ayından başlanılıb. Növbəti 5 il ərzində icrası nəzərdə tutulan transformasiya layihəsinin Şirkətlər Qrupunun bütün aktivlərinə şamil olunması nəzərdə tutulur.
Rəqəmsal layihə Şirkətlər Qrupunda logistika, daşınmaz əmlakın idarə edilməsi, satış və satınalma, istehsalat, insan resursları modulları daxil olmaqla bütün departamentləri əhatə edir.
Xatırladaq ki, SAP S/4HANA Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning - ERP) üzrə dünyada lider sistem olaraq ən uğurlu pərakəndəçilərin seçimidir.
Biznes üçün rəqəmsal nüvə olan SAP S/4HANA, şirkətin xarici çağırışlara cəld reaksiya verməyə kömək edir. Platforma real vaxtda böyük həcmdə məlumatlarla işləməyə və biznes modellərini asanlıqla yenidən təşkil etməyə imkan verir. SAP S/4HANA, iş proseslərinin uyğunlaşdırılması, həmçinin maşın öyrənməsinə və süni intellektə əsaslanan yenilikçi həll yollarının həyata keçirilməsi üçün çevik imkanlar təqdim edir.
26 ildir fəaliyyət göstərən və ölkənin iri şirkətlərindən olan Veysəloğlu Şirkətlər Qrupunda 15 mindən çox əməkdaş çalışır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
36 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır







.jpg)




.jpg)







