ABŞ-da koronavirus peyvəndinin vurulmasına 11 dekabrda başlana bilər
ABŞ-da koronavirus peyvəndinin tətbiq olunmasına 11 dekabrda başlana bilər.
Marja xəbər verir ki, bunu ABŞ peyvənd proqramının rəhbəri doktor Moncef Slaoui bildirib.
O, CNN televiziyasına etdiyi açıqlamada, peyvəndin təsdiqlənməsinin ardından 24 saat sonra peyvəndi tətbiq etməyə başlayacaqlarını bildirib. 10 Dekabrda ABŞ Qida və Dərman İdarəsi (FDA) Pfizer və BionTech şirkətlərinin hazırladıqları peyvəndin təsdiqlənib təsdiqlənməməsi üçün yığıncaq keçirəcək.
Digər tərəfdən "Telegraph" qəzeti, peyvəndin İngiltərədə ABŞ-dan daha əvvəl tətbiq olunmağa başlaya biləcəyini yazıb. Qəzetin adını vermədiyi hökumətdəki mənbələrinə istinadən yaydığı xəbərində, Pfizer şirkətinin Almaniyanın BionTech şirkəti ilə hazırladığı koronavirus peyvəndinin bir həftədən qısa bir müddət ərzində təsdiq ala biləcəyini qeyd edib. Xəbərdə hökumətin peyvəndin tətbiq olunmasına 1 dekabrda başlanmasını, aprel ayınadək ölkədəki bütün yetkinlərin peyvənd edilməsini planlaşdırdığı vurğulanıb.
İlk əvvəl yaşlılar və risk qrupundakı işçilər peyvənd ediləcək.
İspaniyanın Baş naziri Pedro Sanchez isə ölkədə əhatəli peyvənd işinin yanvar ayında başlayacağını bildirib.
İspaniya və Almaniyanın Avropa Birliyində peyvənd planlarını tamamlayan ilk ölkələr olduğunu da əlavə edib.
Pfizer və BionTech şirkətləri hazırladıqları və iki doza tətbiq olunması lazım olan koronavirus peyvəndinin təsdiqlənməsi üçün cümə günü ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət ediblər. FDA, 10 dekabr 2020-ci il tarixində peyvəndin təsdiqlənib təsdiqlənməməsi üçün yığıncaq keçirəcək.
95% təsirli olduğu açıqlanmış peyvəndin il sonuna qədər 50 milyon doza istehsal edilməsi hədəflənir. 2021-ci ildə isə 1,3 milyard doza peyvənd istehsal edilməsi nəzərdə tutulur.
ABŞ-da indiyə qədər koronavirusdan 225 min nəfər ölüb, 12 milyon nəfərin də koronavirusa yoluxduğu müəyyən edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















