Sənaye Korporasiyası “Deloitte & Touche” ilə müqavilə imzalayıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında ölkəmizdə alüminium istehsalının genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində imzalanan ilkin müqaviləyə uyğun olaraq, bu istiqamətdə müəyyən işlər icra olunmağa başlayıb.
ASC-dən bildirilib ki, aparılan işlər çərçivəsində beynəlxalq standartlara uyğun texniki-iqtisadi əsaslandırmanın hazırlanması əsas yerlərdən birini tutur. Ən müasir istehsal proseslərini, nou-hauları və ölkəmizdə genişspektrli alüminium məhsullarını istehsal etmək imkanını özündə cəmləşdirən bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əsas şərtlərdən biri beynəlxalq maliyyə institutları və digər qurumların tələb və meyarlarına uyğun şəkildə təqdim olunmasıdır. Əsaslandırma yalnız texnoloji proseslərin qurulması metodları, maliyyə perspektivləri və səmərəliliyi deyil, eyni zamanda, alüminium sahəsində olan bazar tendensiyalarının və tələblərin öyrənilməsi, avtomobil, gəmiqayırma, alternativ enerji kimi hədəf seqmentlərinin müəyyənləşdirilməsi, rəqib şirkətlərin bazar paylarının və strategiyalarının araşdırılması, potensial müştərilərlə müsahibələrin keçirilməsi və bu kimi digər mühüm aspektləri əhatə edir.
Tikintisi planlaşdırılan və üstün texnologiyalar əsasında qurulması nəzərdə tutulan yeni alüminium zavodunun texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə dövlət satınalmaları haqqında qanuna müvafiq olaraq satınalma proseduru keçirilib. Bu prosesə həm yerli, həm də dünyanın aparıcı şirkətlərinin, xüsusilə də “Big Four” qrupuna daxil olan şirkətlərin cəlb edilməsinə nail olunub. Formal tələblər və şərtlər toplusunda əksini tapan aspektlərin əhatə olunma dərəcəsinə uyğun olaraq, iştirakçılar arasında aparılan qiymətləndirmə nəticəsində “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti qalib gəlib və qurum ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Azərbaycan Sənaye Korporasiyası” ASC, Almaniyanın “Achenbach Buschhütten” şirkəti və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında texniki-iqtisadi əsaslanmanın hazırlanması istiqamətində işlər artıq başlanıb. Qarşıya qoyulan hədəflərə vaxtında çatmaq məqsədilə iş bölgüsü və qrafik müəyyən olunaraq icrasına başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)





