“Azərbaycan” gəmi-bərəsi istismara verildi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan” gəmi-bərənin əsaslı təmirini başa çatdırıb. Bu barədə QSC-dən məlumat verilib.
Gəmi-bərənin təmiri “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edib.
“Tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub”, - deyə məlumatda deyilir.
Bundan başqa, üzən nəqliyyat vasitəsinin qəza dizel generatoru, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları və onların elektrik mühərrikləri, hər iki baş mühərriki, üç ədəd köməkçi mühərriki genoratorlarla birgə təmir olunub.
Həmçinin, üç ədəd nasos və hava kompressoru yenisi ilə əvəzlənib, baş və köməkçi mühərrikləri, digər qurğu və avadanlıqların avtomatik idarəetmə, qorunma və siqnal sistemləri nizamlanıb. Gəmi gövdəsinin suüstü hissəsi , vaqon və avtomobil göyərtəsi, tüstü boruları, dəhlizlər, tamburlar və s. təmizlənərək rənglənib.
“Azərbaycan” gəmi-bərəsi 1985-ci ildə inşa edilib. Uzunluğu 154, eni 18 metr olan gəmi 2425 ton yükgötürmə qabiliyyətinə malikdir.
Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)





