PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
(®️) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank “Dekabr ayı biznesiniz üçün uğurlu başlayır!” –şüarı ilə kiçik və orta bizneslər üçün yeni kampaniyasını təqdim edib.
1 dekabrdan 15 dekabr 2020-ci il tarixinədək kiçik və orta bizneslər Onlayn biznes krediti məhsulunu əldə etdikdə PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını və ya təklif olunan sığorta paketlərindən birini hədiyyə olaraq qazanacaqlar.
Kampaniya çərçivəsində hədiyyə olaraq təklif edilən PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartı vasitəsilə biznes xərclərini ödəyərək millər qazanmaq və qazanılmış milləri 120-dən çox ölkəyə səyahət biletinə dəyişmək mümkündür. Kart müştəriyə təqdim edildikdə 500 “Welcome” milləri dərhal balansa yüklənir. Bundan əlavə, kartın balansını artırmaq və digər PAŞA Bank Miles&Smiles kartları ilə köçürmələr etmək üçün komissiya tələb olunmur.
Kampaniya üzrə təklif edilən digər hədiyyə, sığorta paketləriniistəyə görə yük sığortası, əmlak sığortası (birdəfəlik 10.000 AZN-dək) və ya əlavə məsuliyyət sığortası olaraq seçmək mümkündür.
Qeyd edək ki, Onlayn biznes krediti biznesinizi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. 250 000 AZN-dək biznes kreditini əldə etmək üçün Banka getməyə ehtiyac yoxdur. Onlayn müraciət edərək biznes kreditini girovsuz və növbə gözləmədən əldə etmək mümkündür. Kredit üzrə qərar hesab açmadan və qəliz maliyyə hesabatları tələb olunmadan cəmi 2 iş günü ərzində bildirilir. Kredit, müştəri Bankın təklifini qəbul etdiyi gün onlayn olaraq rəsmiləşdirilir.
Daha ətraflı məlumat və müraciət üçün link.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)


.jpg)



