"İtaliya şirkətləri indiyədək 10 milyard dollarlıq podrat müqavilələri icra ediblər"
Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Marja” Nazirliyin məlumatına istinadən xəbər verir.
Məlumata görə, qonaqları salamlayan nazir qlobal pandemiya ilə əlaqədar belə mürəkkəb dövrdə İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini, işğaldan azad edilmiş əraziləri ziyarət etmələrini və Ermənistan tərəfindən törədilən dağıntılarla yaxından tanış olmalarını yüksək qiymətləndirdiyini qeyd etdi, bu səfərin ölkəmiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə İtaliyanın Azərbaycana olan dəstəyini təcəssüm etdirdiyini vurğulayıb və bu dəstəyə görə təşəkkür edib.
Bildirilib ki, 2018-ci il 18 iyul tarixində İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, eyni ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliya Respublikasına rəsmi səfəri, həmçinin cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri, bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər çoxsaylı hüquqi sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını təmin edib.
Görüşdə həmçinin, enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan Trans-Adriatik Boru Kəmərinin xüsusi əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Həmçinin, qeyd edildi ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq digər iqtisadi sahələri də əhatə edir və İtaliya şirkətləri indiyədək neft və qeyri-neft sahələrində 10 milyard ABŞ dolları məbləğində podrat müqavilələri icra ediblər.
İtaliya nümayəndə heyətinin rəhbəri səmimi qəbul üçün minnətdarlığını bildirib və qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulan kimi Azərbaycana təşkil edilmiş bu səfər məhz ölkəmizə olan yüksək dostluq münasibətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizə səfər haqqında danışan Ettore Rosato nümayəndə heyəti adından şəhid ailələrinə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığını çatdırıb.
İki ölkə arasında yüksək dostluq münasibətinin göstərici kimi İtaliyanın öz enerji təhlükəsizliyini Azərbaycana etibar etməsi qeyd edilib. Eyni zamanda, İtaliyanın yalnız neft-qaz sahəsində deyil, iqtisadiyyatın bir çox sahələrində Azərbaycanla əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit və uzunmüddətli inkişaf etdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə toxunulub. Ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafında Azərbaycanın İtaliyadakı səfirinin və İtaliyanın Azərbaycandakı səfirinin fəaliyyətləri vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)







.jpg)



