Dördtərəfli memorandum imzalanıb
İnnovasiyalar Agentliyi ilə Macarıstanın aparıcı texnoloji şirkət və qurumları arasında dördtərəfli virtual imzalanma mərasimi keçirildiCovid-19 virusunun yaratdığı epidemioloji vəziyyətlə bağlı klinik protokolların tələblərinə uyğun baş tutan virtual imzalanma mərasimində İnnovasiyalar Agentliyi, “Turan Trade” MMC, “Startup Campus” LTD və HEPA Macarıstan İxrac Agentliyi səhmləri məhdudlaşdırılmış qeyri-kommersiya şirkəti arasında dörd tərəfli “Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq” üzrə memorandum imzalanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, cari ilin 8 dekabr tarixində İnnovasiyalar Agentliyində Azərbaycan və Macarıstanın aparıcı texnoloji qurumları arasında dörd tərəfli virtual imzalanma mərasimi keçirildi. Virtual tədbirin moderatoru Amil Vəliyev qurumları təqdim edərək memorandumu imzalayan tərəflərin malik olduğu təcrübə və infrakstruktur sayəsində "Avropanı kəşf et" onlayn proqramının icra edilməsinin planlaşdırıldığı barədə məlumat verdi. "Avropanı kəşf et" proqramının Avropa bazarına yeni xarici startapların və təcrübənin cəlb edilməsi ilə yanaşı, Avropa startaplarının digər bazarlara çıxışının təmin edilməsi üçün nəzərdə tutulan proqram olduğunu vurğuladı. Proqram çərçivəsində qurumların öz məsul olduğu sahədə təcrübələri, texniki, maddi resursları ilə öz yerli startaplarının Avropa bazarına çıxışını təmin edəcək və bu istiqamətdə onlara dəstək göstərəcəklərini bildirdi.
Daha sonra tədbirin moderatoru açılış sözünü Agentliyin İdarə Heyətinin sədri Tural Kərimliyə verdi. Tural Kərimli "Avropanı kəşf et" proqramı ilə Azərbaycan startaplarının Avropa bazarına inteqrasiyası, maliyyə dəstəyinin əldə edilməsi, hüquqi həllərinin təmini, yeni tərəfdaşların əldə olunması ilə onların birbaşa Avropa lokal bazarına çıxışlarının təmin olunacağını bildirdi. T. Kərimli həmçinin Azərbaycanın regionda maliyyə axınlarının artırılması və fintex sahəsindən olan digər startapların inkişafına dəstəyini təmin edəcəyini də qeyd etdi.
Proqramı uğurla tamamladıqdan sonra İnnovasiyalar Agentliyi bu təcrübəni digər qurumlarla bölüşməyi planlaşdırır.
Yerli biznes ehtiyaclarını qiymətləndirdikdən sonra, memorandumu imzalayan tərəfdaşlar enerji və ağıllı şəhərlərə əsaslanan innovasiyalara fokuslanaraq “Azərbaycanı kəşf et” və “Avropanı kəşf et” ikitərəfli akselerasiya proqramlarını həyata keçirmək barədə razılığa gəldilər. İştirak edən startap və KOS-lar (kiçik və orta sahibkarlar) bölgənin innovasiya ekosistemi ilə tanış olacaq və hədəf bazarları, potensial korporativ tərəfdaşlar və yerli investisiya imkanları barədə faydalı məsləhətlər alacaqlar. Proqramın idarəsi və uğurla həyata keçirilməsi “Startup Campus” LTD tərəfindən təşkil olunacaq. “Startup Campus" LTD şirkəti 2020-ci ildə yeni rəqəmsal şəbəkə imkanlarından istifadə edərək şərqdə gələcək əməkdaşlığın qurulmasına imkan yaradır.
“Cənub-Şərqi Asiya ilə yanaşı, türk regionuna, xüsusən də Türkiyəyə və Azərbaycana xüsusi əhəmiyyət veririk. Real biznes dəyəri yaratmaq üçün son 3 ildə azərbaycanlı tərəfdaşlarımızla beynəlxalq proqramlar yaradaraq əhəmiyyətli təcrübə qazandıq” – deyə “Startup Campus” LTD şirkətinin rəhbəri Zsolt Kovacs bildirdi. Zsolt Kovacs həmçinin əməkdaşlıq proqramı çərçivəsində “Startup Campus” LTD-nin öz təcrübəsindən, şəbəkəsindən və yardımçı ola biləcək müvafiq resurslarından istifadə edərək İnnovasiyalar Agentliyi tərəfindən seçilmiş 8-12 startap və kiçik müəssisəni xarici innovasiya ekosistemləri ilə tanış edən onlayn proqramlarla təmin edəcəyini bildirdi. Seçilmiş startaplar həmçinin Almaniya, Birləşmiş Krallıq və Macarıstanın aparıcı texnoloji qurumlarının dolğun və hərtərəfli dəstəyi nəticəsində Avropa bazarına çıxış və lazım olan bütün digər resurslarla təmin olunacaq.
Eyni zamanda “Turan Trade” MMC-nin baş direktoru İbrahim İsmayılov çıxış edərək bildirdi ki, şəbəkə resuslarını bölgədə işgüzar imkanları artırmaq niyyətində olan müəssisələri bir araya gətirməyi hədəfləyirlər.
HEPA Macarıstan İxrac Agentliyinin baş direktoru Kristof Szabo həmçinin öz çıxışında bildirib ki, Macarıstan müəssisələrinin sonrakı ixrac uğurlarını dəstəkləmək və ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üçün yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir və Agentlik iqtisadiyyat sahəsində fəaliyyət göstərən digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyir.
Qurum rəhbərlərinin çıxışlarından sonra dörd tərəfli virtual imzalanma mərasimi baş tutdu və onlayn olaraq xatirə şəkilləri çəkildi. sÜmumilikdə Azərbaycanda startap ekosisteminin gələcəyi və inkişafı üçün bu cür əhəmiyyətli hadisənin pandemiya dövründə onlayn formatda keçirilməsi İnnovasiyalar Agentliyi üçün yeni təcrübə kimi qiymətləndirilə bilər.
Memorandumu imzalayan müəssisələr haqqında:
İnnovasiyalar Agentliyi - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmışdır. İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.
“Startup Campus” LTD – innovativ sahibkarlıq üçün ideya mərhələsindən bazara çıxana qədər qlobal proqramdır. “SC” LTD beynəlxalq əməkdaşlarının və geniş tərəfdaş şəbəkəsinin köməkliyi ilə dünyanın bir sıra iri şəhərlərində təlim və təhsil, beynəlxalq bazara çıxışı və investisiya xidmətlərini təmin edir. “SC” LTD Macarıstanın, Mərkəzi və Şərqi Avropanın daha geniş tanınması, sahibkarlığın təşviq edilməsi və müxtəlif regional startap ekosistemlərinin birləşdirilməsinə yönəlmiş qlobal tədbirlərdə aktiv iştirak edir.
“Turan Trade” MMC - beynəlxalq tərəfdaşların təşəbbüsü ilə Macarıstan, Rusiya, Qafqaz və Orta Asiyadan genişlənən Turan ölkələri daxilində işgüzar əməkdaşlıq və ticarətin inkişafı üçün təsis edilmiş bir layihə şirkətidir. “Turan Trade” MMC özünün imkan və şəbəkə resuslarını bölgədə işgüzar imkanlarını artırmaq niyyətində olan müəssisələri bir araya gətirməyi hədəfləyir.
HEPA Macarıstanın İxracın Təşviqi Agentliyi - Macarıstan müəssisələrinin sonrakı ixrac uğurlarını dəstəkləmək və ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üçün yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Agentlik iqtisadiyyat sahəsində fəaliyyət göstərən digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
-
4 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
5 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
5 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
5 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
5 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
6 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















