"İçərisinə bəzi qatqılar qatıb, zeytun yağı kimi bizə satırlar"
Azərbaycana Rusiyadan idxal olunan bir sıra zeytun yağları saxtadır və insan orqanizmi üçün təhlükəlidir.
“Marja” xəbər verir ki, bunu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
“Təsəvvür edin, Rusiyadan zeytun yağı gətirilir, bu ölkədə zeytun ümumiyyətlə bitmir. Araşdırırıq ki, rafinə olunmamış məhsulun içərisinə bəzi qatqılar qatıb, zeytun yağı kimi bizə satırlar. Halbuki, zeytun yağından əksəriyyət müalicə və sağlamlıq üçün istifadə edirlər, necə belə iş görmək olar?”,- iş adamı bildirib.
Abdolbari Goozal qeyd edib ki, hazırda insanların çoxu yerli yağlara üstünlük verir:
“Biz burada işə başlayanda əhali yerli mala ümumiyyətlə etibar etmirdi. Çox maraqlı bir hal idi. Təsəvvür edin, biz burada yağ zavodunu alıb istehsala hazırlaşırıq, zavodun rəhbəri, məniş işçim mənə bildirir ki, üzərinə Bakı Yağ Zavodu yazsaq, yağ satılmayacaq. Çünki əhali rus malı istəyir. Mən isə dedim ki, üstünə elə də yaz – Bakı Yağ Zavodu. Əhali bir dəfə yeyib dadına baxandan sonra bu yağları alacaq, elə də oldu. Üstəlik indi adamların çoxu məhz yerli yağa üstünlük verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















