Bank Respublika məşhur ABŞ bankı ilə əməkdaşlığa başladı
Bank of New York Mellon-dan Azərbaycan bankına yüksək etimadBank Respublika-nın maliyyə vəziyyəti və fəaliyyət profilini hərtərəfli təhlil edildikdən sonra Bank of New York Mellon ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verib.
Bankın yaydığı məlumatda bildirilir ki, bu qərar, ilk növbədə, kontragentlərin banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar reputasiyasını göstərir.
Bank of New York Mellon 1784-cü ildə təsis edilib və ABŞ-ın ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri var. Bu gün Bank of New York Mellon, aktivlərinə görə dünyanın ən böyük investisiya şirkətlərindən biridir.
Banklar, həmçinin xəzinədarlıq əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəldilər. Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika-nın fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.
"Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq üçün Amerika bank sistemi bir sıra mürəkkəb prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. Bank of New York Mellon-un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə Bank Respublika İdarə Heyətinin sədri Tariel İsmayılov bildirib.
Qeyd etmək lazımdır ki, bu artıq Bank Respublika-nın Amerikadakı ikinci ABŞ dollarında olan müxbir hesabıdır. Bank of New York Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar üzrə Azərbaycan bank bazarının liderlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 57 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb







.jpg)









.jpg)




