“AccessBank”dan “Overdraft” – biznesin dayanmadan fəaliyyəti üçün operativ həll
(®️) “Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə “AccessBank” müştərilərinə - hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. “Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. “Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.
“Overdraft”ın üstünlükləri:
• 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi
• yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması
• illik 12%-dən başlayan faiz dərəcələri
• borcun avtomatik silinməsi və “Overdraft” limitindən təkrar istifadə
• qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı
“Overdraft” haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz.
Banka gəlmədən “Overdraft” əldə etmək üçün:
https://accessbank.az/ru/online-loan-request/?type=business
“Pandemiya zamanı sahibkarlar müvəqqəti likvidlik problemi ilə üzləşirlər – müştərilər ödəmələri gecikdirir, şirkətlər isə əmək haqları, vergiləri ödəməli, daha çox məhsul almalıdırlar və s.. “AccessBank”ın “Overdraft” məhsulu bu çətinlikləri ən asan və ən qənaətcil şəkildə həll etməyə imkan verir. Bizim vəzifəmiz biznesə müntəzəm ödəmələrini həyata keçirməkdə rahatlıq və inam verməkdən ibarətdir”- deyə “AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina bildirib.
Digər korporativ məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 12 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
15 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 16 saat əvvəl
-
17 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
18 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)






.jpg)
