Böhran dövründə Azərbaycanın dövlət büdcəsi necə artırılacaq?

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz çoxdur.
Büdcənin artırılmasının əsas səbəbi Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.
Bəs pandemiya və neftin ucuzlaşması ilə aşağı düşmüş iqtisadi aktivlik dövründə büdcə necə artırılır? Xüsusilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği artırılmır.
Marjanın “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahatdan topladığı məlumata görə, azalan gəlirlərin kompensasiya olunması və büdcə gəlirlərinin artırılması əsasən Mərkəzi Bankın mənfəətinin hesabına təmin ediləcəkdir.
Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxilolması nəzərdə tutulur.
Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2020-ci ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.
Qısası, gələn il Mərkəzi Bankın mənfəəti hesabına dövlət büdcəsinin gəlirlərinin 1 milyard 130 milyon manatı təmin ediləcəkdir.
Bu ilin Sentyabr ayında, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərində, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat, xərcləri isə 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılmışdı.
Beləliklə, ilk layihə ilə müqayisədə gələn ilin dövlət büdcəsinin gəlirləri 1 milyard 100 milyon manat, xərcləri isə 2 milyard 696 milyon manat artırılır.
2021-ci ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 48,0 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7 milyard 250 milyon manatı və ya 28,5 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3 milyard 900 milyon manatı və ya 15,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 880 milyon manatı və ya 3,5 faizi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfertin, 250 milyon manatı və ya 1,0 faizi Mərkəzi Bankın mənfəətindən ayırmaların, 700 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 247 milyon manatı və ya 1,0 faizi isə sair gəlirlərin payına düşür.
VERGİ VƏ GÖMRÜK ÜÇÜN PLAN ARTIRILIR
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 9,6 faizi həcmində olmaqla 7 milyard 250 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozundan 60 milyon manat və ya 1,0 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 faizi həcmində olmaqla 3900,0 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 70 milyon manat və ya 1,8 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 200 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət büdcəsinə dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən icarə haqqı 11 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 3,0 milyon manat və ya 37,5 faiz çoxdur.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə 700 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 104 milyon manat və ya 12,9 faiz azdır.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 236 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 144 milyon manat və ya 2,6 dəfə çoxdur.
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 44,8 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 39,8 milyon manat və ya 9,1 dəfə çoxdur.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 168,1 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 165,3 milyon manat çoxdur. Artım əsasən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti üzrə 120 milyon manat, iri dövlət şirkətləri üzrə 46 milyon manat məbləğində dövlət büdcəsinə nəzərdə tutulan dividend ödənişi hesabınadır.
Xarici dövlətlərə verilmiş kreditlər 2,5 milyon manat, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar 5,7 milyon manat, cərimələrdən daxilolmalar 15,0 milyon manat nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 d. əvvəl
-
-
17 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 23 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 29 d. əvvəl
-
33 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
41 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
44 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
57 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Ən çox oxunanlar

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
