Azərikard və İdrak arasında əməkdaşlıq sazişi imzalanıb
Azərikard və İdrak Texnoloji Transfer şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Əməkdaşlığın əsasını rəqəmsal-texnoloji həllər üzrə alyans yaradılması təşkil edir.
Şəxs tanıma və ödəniş prosesinin avtomatlaşması və sürətlənməsi üzrə vahid həllər hazırlayıb dövlət və özəl təşkilatlarda tətbiq edilməsi isə sazişin prioritet vəzifələrindəndir.
Bunlarla yanaşı, yanacaq doldurma məntəqələri, dayanacaqlar, fərdi həyətlər, ödənişli yollar, Dövlət-Vətəndaş münasibətlərinin idarə edilməsi barədə həllərin hazırlanması da nəzərdə tutulur.
“İnanırıq ki, Azərikard və İdrak arasında əməkdaşlıq təkmilləşən rəqəmli texnologiyanın tətbiqi ilə istifadəçilərin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək texnoloji infrastruktura töhfə verəcək, ölkədə korporativ və fərdi şəxslərin ehtiyaclarının həllinin inkişafına dəstək olacaq və ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək” - deyə Azərikard MMC-nin baş direktoru Fərid Quliyev bildirib.
“Ümidvaram ki, hər iki şirkətin kompetensiyalarının icra edəcəyimiz birgə layihələrdə birləşməsi yeni və innovativ həllərin yaranmasına və cəmiyyətimizə yararlı sosial innovasiyaların üzə çıxmasına gətirib çıxaracaqdır” deyə İdrak şirkətinin Prezidenti cənab Hikmət Abdullayev bildirib.
Sazişə qoşulmaq istəyən təşkilatlar öz niyyətlərini [email protected] ünvanına müraciət etməklə bildirə bilərlər.
İdrak Texnoloji Transfer şirkətinin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. Azərikard şirkətinin əsas fəaliyyəti kart texnologiyaları və ödəniş sistemləri sahəsində əməliyyatların işlənməsi və bu sahələrdə ən son yeniliklərin tətbiq edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 21 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)
.jpg)









.jpg)







