Pandemiya onu ən varlılar siyahısına daxil etdi
Zoom-un qurucusu və İcraçı direktoru Eric Yuan, pandemiya dövründə şirkətin gəlirlərinin 4 dəfə və mənfəət nisbətinin 90 dəfə artmasının ardından dünyanın ən varlı ilk 100 adamı arasına daxil olub.Pandemiya dövründə gəlirləri 4 dəfə artan Zoom-un, mənfəət nisbəti 90 dəfə artıb. Marja xəbər verir ki, 2019-cu ilin Aprel ayında birjaya çıxmış şirkətin bu müddətdə səhmləri 450% bahalaşıb və peyvənd istehsalçısı Moderna və Tesla-nın Çinli rəqibi Nio kimi ilin ən yaxşı səhmlər arasına daxil olub.
FactSet-in məlumatlarına görə, Zoom-un səhmləri təxminən 17 milyard dollar dəyərindədir.
Daha əvvəl, Cisco-nun 2007-ci ildə satın aldığı Webex görüntülü axtarış proqramı üzərində çalışan Zoom-un qurucusu Eric Yuan, Kovid-19 epidemiyasından əvvəl də milyarderlər arasında yer alırdı, lakin hazırda dünyanın ən varlı 100 adamından biri olaraq xatırlanır.
Dünya Səhiyyə Təşkilatının qlobal miqyasda pandemiya elan etməsinin ardından təxminən bir il keçməsinə baxmayaraq, insanlar hələ də iş yeri, məktəb, restoran və stadion kimi yerlərə geniş gedə bilmirlər. 2020-ci ildə bu yerlərdə reallaşması mümkün olmayan yığıncaqların çoxu onlayn keçirilib. Zoom, bu yığıncaqlara vasitəçilik edən ən məşhur proqramlardan biri oldu.
Zoom, dünya miqyasında güclü texnologiya şirkətləri tərəfindən inkişaf etdirilən bir proqram olmamasına baxmayaraq, pandemiya müddətində Cisco, Facebook, Google və Microsoft kimi nəhəng şirkətlər Zoom-la arasındakı fərqi bağlamağa çalışdılar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















