SOCAR Hökumətin dünənki qərarına aydınlıq gətirdi
"Gələn ildən etibarən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək. SOCAR isə özünə məxsus digər funksiyaları, yəni neft-qaz hasilatı, eləcə də “Azəriqaz” İB vasitəsi ilə qazın birbaşa əhaliyə paylanması və satışını əvvəl olduğu kimi həyata keçirməyə davam edir"."Azərbaycanda təbii qazın hasilatı ilə təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir".
Bu barədə Marja-ya SOCAR-dan bildirilib.
Məlumata görə, ötən ilin misalında götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 milyard kubmetr qaz istehlak olunub. Ölkədaxili tələbatı təmin etmək üçün SOCAR hasil etdiyi qazdan əlavə digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz həcmlərini alır, öz infrastrukturlarından istifadə edərək emal edir, lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi.
Qeyd edilir ki, qazı topdan alan istehlakçılardan biri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və “Azərenerji” ASC-dir. Yəni SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı kimi deyil, həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi qismində, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi.
Azərbaycan Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 N-li qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni təbii qazın topdan alqı-satqısı “Azərkontrakt” ASC-yə ötürülüb. “Azərkontrakt” ASC gələn ildən etibarən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək.
“Azərkontrakt” ASC SOCAR, Azərbaycan Beynəlxalq əməliyyat Şirkəti (ABƏŞ), “Şahdəniz” konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini “Azərenerji” ASC-yə, SOCAR-ın “Azəriqaz” İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satacaq. Beləliklə, ölkədaxili tələbatın təminatı üçün müvafiq qaz həcmlərinin hasilatçı şirkətlərdən alınması gələn ildən etibarən “Azərkontrakt” ASC-yə həvalə olunub.
SOCAR isə özünə məxsus digər funksiyaları, yəni neft-qaz hasilatı, eləcə də “Azəriqaz” İB vasitəsi ilə qazın birbaşa əhaliyə paylanması və satışını əvvəl olduğu kimi həyata keçirməyə davam edir. Hasilatçılarla paylayıcı qurumlar arasında topdan satış və vasitəçilik funksiyasının “Azərkontrakt” ASC-yə ötürülməsi SOCAR-ın məhz istehsalat fəaliyyəti üzərində fokuslanaraq, öz əsas fəaliyyətinin effektivliyini artırmasına şərait yaradacaq.
Əhali və sənaye kateqoriyasından olan qaz istehlakçıları ilə birbaşa əlaqələrin yaradılması və qazın pərakəndə satışı funksiyaları əvvəl olduğu kimi “Azəriqaz” tərəfindən həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)







.jpg)
