Nazir: gənclərin 9%-i işsizdir
"Bu il əmək bazarına 108500 gənc daxil olacaq"
"Hər il Azərbaycanın əmək bazarına 100 mindən çox gənc daxil olur. Proqnozlara əsasən 2017-ci ildə ölkənin əmək bazarına 108 min 500 gənc daxil olacaq". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, əmək bazarına daxil olan gənclərdən 69 mindən çoxu ali təhsilli, orta ixtisas və peşə təhsilli gənclərdir: "Əmək bazarına daxil olan insanların 39 min 500-ə yaxını tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan prezidentinin daim diqqət mərkəzində olan çox vacib məsələlərdən biridir", - deyə o qeyd edib.
S.Müslümovun sözlərinə görə, ölkə üzrə işsizlik səviyyəsi 5% ətrafında olduğu halda, gənclərin 9%-i işsizdir: "Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29%-ini təşkil edir. Bu, nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir".
© APA
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 d. əvvəl
Bankdan sahibkarlara böyük dəstək – 200 000 AZN-dək mikro və aqro kredit imkanı!
-
-
42 d. əvvəl
Azərbaycanın tekstil şirkətinin mayası kəskin azaldıldı - 4,7 MİLYON MANATLIQ KİÇİLMƏ
- 56 d. əvvəl
-
58 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
1 saat əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
2 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


























