Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İndoneziya paytaxtını dəyişdirməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndoneziya paytaxtını dəyişdirməyə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İndoneziya Milli İnkişaf Planlaşdırma Nazirliyindən edilən açıqlamada, Cakartadakı zəlzələ riski, su basqınları və nəqliyyat problemləri ilə əlaqədar olaraq, həmçinin regionların iqtisadi inkişafı üçün paytaxtın dəyişdirilməsi üçün işlərin aparıldığı bildirilib.


 
 "Marja" xəbər verir ki, açıqlamada, layihənin Cakartadakı nəqliyyat və infrastruktur problemləri ilə zəlzələ riski səbəbindən gündəmə gətirildiyi qeyd edilib.


 
 Paytaxt namizədi olan şəhərlərin siyahısının il sonuna qədər hazırlanacağı gözlənilir.


 
Ölkənin ən böyük adası olan Kalimantanın mərkəzindəki Palangkaraya şəhərinin yeni paytaxt seçilməsi ehtimalının yüksək olduğu bildirilir. Palangkarayanın, mövcud paytaxtdan daha böyük əraziyə və zəngin təbii sərvətlərə malik olması, nəqliyyat və infrastruktur problemlərinə qarşı planlı inkişafa münasib olması, yeni paytaxt olma ehtimalını yüksək edən  amillər arasındadır.  


 
 Orta Kalimantan bölgəsindəki Palangkarayanın paytaxt olması 1950-ci  illərdə də ölkənin gündəminə gəlmişdi.

02.05.2017 13:39
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18