“YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb
(®️) Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.
SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir.
Uğurlu ödəniş edildikdə - Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın.
Balansda kifayət qədər məbləğ olmadıqda – Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik.
Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.
Düzgün ödəniş məbləği seçilmədikdə - Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz.
Korporativ abunəçi olduqda – Hörmətli abunəçi, siz korporativ abonent olduğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur.
Bununla yanaşı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.
Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür.
Bank rekvizitləri ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://vxsida.az/az/annouces/1493
SMS ianə ilə bağlı daha ətraflı məlumat üçün təlimat videosu: https://youtu.be/YN4yCBXMY40
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





.jpg)
