“Xaliq Faiqoğlu” banklara kredit borcunu vaxtında qaytara bilməyib
“Mövcud pandemiya səbəbindən hər kəsə də bəlli olan iqtisadi durum banklar qarşısında olan öhdəliklərimizin yerinə yetirilməsinə də təsirsiz ötüşməyib”.
Bunu Marja-ya müsahibəsində Bakı şəhərinin ictimai nəqliyyatında özünəməxsus və əhəmiyyətli yer tutan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bildirib.
Onun sözlərinə görə,bankların real vəziyyəti yaxından izləməsi, vəziyyətə uyğun addımların atılması şirkətə dəstək olub: “Xüsusilə verdiyi dəstəyə və güzəştlərə görə “PaşaBank” rəhbərliyinə təşəkkür edirəm. Bir daha böyük qürur və fəxrlə vurğulamaq istəyirəm ki, şirkətimizdə pandemiya dövrü ərzində işçi sayında azalma olmayıb. Həmçinin işçi heyətinin əmək haqları tam şəkildə ödənilib”.
“Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması, yeni istehsalat bazalarının qurulması, müasir tələblərə cavab verən avtobusların alınması üçün banklardan kredit cəlb edib: “Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından yeganə özəl sərnişindaşıma şirkətiyik. Belə ki, hazırda yerli bank olan və biznesə dəstəyi ilə hər zaman seçilən “PaşaBank”la yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Türkiyənin “Eximbank”ı ilə sıx əməkdaşlıq edirik. Bu yerdə qeyd edim ki, bu kimi banklarla əməkdaşlıq edərkən beynəlxalq səviyyəli audit şirkətlərinin rəyi tələb olunur ki, biz də beynəlxalq audit şirkəti tərəfindən audit edilirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
17 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





