İcbari Sığorta Bürosu “Bakı Sığorta” şirkətinə icazə verdi
“Bakı Sığorta” Açıq Səhimdar Cəmiyyətinə (ASC) Daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün nəzarət orqanı tərəfindən müvafiq icazə verilmişdir.
Marja xəbər verir ki, bu, İcbari Sığorta Bürosunun yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, “Bakı Sığorta” ASC İcbari Sığorta Bürosuna (İSB) müraciət edərək, iştirakçı üzv olmaq məqsədilə “İcbari Sığortalar Haqqında” Qanunun 28-ci maddələrinin tələblərini yerinə yetirmiş və bunun əsasında da 25 dekabr 2020-ci il tarixdə 34 № ilə İSB-nin iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. Beləliklə, “Bakı Sığorta” ASC-nin fəaliyyətinə icazə verilmiş icbari sığorta növləri üzrə sığorta şəhadətnamələrinin buraxılması məqsədilə Büronun elektron informasiya sisteminə qoşulması təmin edilmişdir.
Qeyd edək ki, iştirakçı sığortaçı ilə İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsinə uyğun olaraq aparılacaqdır.
Xatırladaq ki, icbari sığorta növləri üzrə fəaliyyət müvafiq qanun ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








