“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir - ŞƏRTLƏR
(®️) Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” kiçik və ya orta bizneslə məşğul olan sahibkarlara karantin rejimi ilə əlaqədar işgüzar aktivliyin endiyi dönəmdə dəstək olmaqda davam edir. Bankın Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə verdiyi biznes krediti 7.5% faiz dərəcəsi ilə, 36 ayadək müddətədək almaq mümkündür. 200.000 AZN-dək verilən biznes krediti girovsuz əldə edilir. Kredit yalnız pandemiyadan zərər çəkmiş fərdi və hüquqi şəxslər üçün nəzərdə tutulub.
Biznes kredit əldə etmək üçün:https://e-edf.gov.az/#/
“AccessBank”ın iş adamları üçün nəzərdə tutduğu digər məhsul isə “Overdraft”dır. “Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə “AccessBank” müştərilərinə - hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. “Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. “Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.
“Overdraft”ın üstünlükləri:
• 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi
• yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması
• illik 12%-dən başlayan faiz dərəcələri
• borcun avtomatik silinməsi və “Overdraft” limitindən təkrar istifadə
• qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı
“Overdraft” haqqında ətraflı məlumat əldə etmək üçün:
https://accessbank.az/ru/online-loan-request/?type=business
Digər korporativ məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 45 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)










