Gürcüstan ötən il "Şahdəniz" konsorsiumundan aldığı 500 mln. kubmetri istehlak etməyib
İyul ayından etibarən Gürcüstanda təbii qaz tariflərində artım gözlənilir. "Georgia Online" portalı xəbər verir ki, bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat"ın üzvü, deputat Otar Siradze bildirib.
Onun sözlərinə görə, hakim "Gürcü arzusu" partiyası tarifləri ikiqat azaldacağına söz versə də, növbəti dəfə qiymət artımına hazırlaşır. Siyasətçi qeyd edib ki, iyul ayından etibarən hökumət əhalini qiymət artımına "hazırlayacaq". "Qazın bahalaşması isə bütün məhsulların qiymətinə təsir edəcək", - deyə o əlavə edib.
O.Siradze tarif artımına görə məsuliyyəti baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin və "Gürcü arzusu"nun üzərinə qoyub: "Bu, birbaşa olaraq Kaxa Kaladzenin və "Gürcü arzusu"nun qeyri-dəqiq siyasətinin nəticəsidir. Onlar investisiya cəlbini həyata keçirə bilmədilər. Bundan başqa, hakimiyyət xalqın iradəsinə zidd olaraq "Qazprom" şirkəti ilə müqavilə imzaladı. "Kaztransqaz" və "İnter RAO" şirkətləri ilə məhkəmə çəkişmələrini də bura əlavə etmək olar. Dördillik ziyanverici iqtisadi siyasət nəticəsində biz devalvasiyaya uğramış larinin və tariflərin artımının şahidi olduq".
Deputat bildirib ki, ötən həftə parlamentin İqtisadi siyasət komitəsinin iclasında məlum olub ki, keçən il Gürcüstanda qaz istehlakı 2015-ci illə müqayisədə 6,4% azalıb: "Kaxa Kaladze isə bildirirdi ki, Gürcüstanda qaz istehlakı kəskin artıb və bu səbəbdən "Qazprom"dan əlavə həcmdə qaz almaq lazımdır. Hadisələrin gedişatı göstərdi ki, Kaxa Kaladze yalan danışırdı. Söhbət ən azı vəzifə səlahiyyətlərinin aşılmasından gedir. Burada korrupsiya faktı da var. O zaman Kaladzenin çıxışı o dərəcədə panik idi ki, "Şahdəniz" konsorsiumu Gürcüstana əlavə olaraq 500 mln. kubmetr qaz nəql edib. Lakin bu qaz istehlak olunmayıb, çünki buna ehtiyac yox idi. Bu isə bir dada Kaladzenin tələbatın artması ilə bağlı yalanlarını üzə çıxardı. Biz hakimiyyətdən vəziyyətin araşdırılmasını və hesabatın verilməsini tələb edirik. Bundan başqa, hökumət tarif artımından yan keçmək üçün atacağı addımları açıqlamalıdır".
©APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























