Avropa bankı Azərbaycanın pizza şəbəkəsinə məsləhətlər verib, markanın satışları artıb
Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhət layihəsi çərçivəsində Azərbaycandakı pizza restoranları şəbəkəsi "Pizza Mizza"ya kömək edib.
Marja xəbər verir ki, məsləhətlər Avropa Birliyinin (AB) maliyyəsi ilə marka haqqıda məlumatlılığı və müştəri sadiqliyini artırması ürə göstərilib.
Məlumata görə, nəticədə"Pizza Mizza"nın işçi heyəti, satışları artıb və İtalyan mətbəxinin pərəstişkarlarından ibarət daha geniş bir müştəri bazasına yiyələnib.
Azərbaycanda sərt karantin tədbirləri tətbiq olunduqda "Pizza Mizza" ölkənin ən sürətli reaksiya verən şəbəkələrindən biri idi. Geniş seçim və müxtəlif endirim kampaniyaları ilə 7/24 çatdırılma "Pizza Mizza"nın genişlənməsinə imkan verib. Vaxtında biznesə edilən düzəlişlər kiçik bir müəssisənin böhran şəraitində necə inkişaf edə biləcəyini mükəmməl şəkildə göstərir.
"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün seçim məhz "Pizza Mizza" adı olmuşdur.
İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 21 d. əvvəl
- 54 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu







.jpg)













