Qarabağda "ağıllı şəhər"lərin yaradılması üçün yaponların təcrübəsi öyrənilir
İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə video-konfrans formatında görüş keçirilib.
Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.
Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.
Daha sonra müvafiq sahədə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məlumat və təcrübə mübadiləsi tədbirlərinin bundan sonra da davam etdirilməsinə qərar verilib.
Video-konfransda energetika nazirinin müavini Elnur Soltanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, həmçinin “TEPSCO” şirkətinin rəhbərliyi iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


