Azərbaycanda hədiyyəlik qızıl sikkələr və külçələr alanlar artıb
2020-ci ildə "AzerGold" QSC tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib.
Marja xəbər veri ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Sədr qeyd edib ki, 2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirilib.
"Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə, 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılıb, əldə edilən vəsait 84% artıb",- Zakir İbrahimov deyib.
Qeyd edək ki, “AzerGold" QSC-nin yeni layihəsi "AzerGold Gift" hədiyyəlik qızıl almaq istəyənlər üçün xüsusi dizaynlı qızıl sikkələr və külçələr təklif edir. Üzərinə işlənmiş milli ornamentli qızıl və gümüş sikkələr keçmişlə gələcəyin vəhdəti olmaqla onlara verilən dəyəri ifadə edir. Öz yaxınlarınıza günü-gündən dəyər qazanan qızıl hədiyyə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
56 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























