Dövlət Neft Şirkətinin Müşahidə Şurasının ilk iclası keçirildi
Mikayıl Cabbarov: "Hazırda SOCAR yeni inkişaf dövrünə qədəm qoyur"Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib.
Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda Şuranın üzvləri, Dövlət Neft Şirkətinin rəhbər şəxsləri iştirak ediblər.
İlk olaraq Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, hazırda Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Dövlət başçısının Fərmanı ilə yaradılmış Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası Dövlət Neft Şirkətinin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaqdır.
İclasda Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




