Dövlət Fondu güzəştli faktorinq və lizinq təklif edəcək
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
Marja xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
“Hazırda Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün kredit ayırır. Biz 4 mərhələdə bazara yeni məhsullar təqdim edəcəyik. 1-ci mərhələdə faktorinq və lizinq alətlərini təklif etmək istəyirik. Müşahidə edirik ki, dövriyyə vəsaiti üçün kreditlərə də böyük ehtiyac var. Faktorinq - yəni alacaqların müqabilində (girov əvəzi) kredit xətti açılacaqdır. Hamının zavodu, torpağı və ya evi yoxdur girov təqdim etsin. Bizim banklar da faktorinq məhsulları var. Biz faktorinqi daha ucuz və güzəştli şərtlər ilə təklif etmək istəyirik. Bundan başqa, yaxın zamanda lizinq alətini bazara təklif etmək istəyirik. Lizinq, müvəkkil lizinq şirkətləri vasitəsilə veriləcəkdir”,- sədr deyib.
Kənan Nəcəfov qeyd edib ki, planlar çox genişdir:
“Digər yeni kredit və alətləri fikirləşirik. Məsələn, şirkətlərin emissiya etdiyi istiqrazları alaraq onlara dəstək vermək istəyirik. Zəmanət çox sərfəli mexanizmdir. Biz istəyirik ki, pandemiyadan asılı olmayaraq zəmanət mexanizmini təqdim edək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















