Beynəlxalq Enerji Agentliyi neft tələbində kəskin artım nəzərdə tutur
Qlobal neft tələbinin, Kovid-19 pandemiyası səbəbiylə itirdiyi həcmin 60%-ni geri qazanacağı təxmin edilir.Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar ayına dair neft bazarı hesabatına görə, yeni növ koronavirus (Kovid-19) mutasiyalarının xüsusilə sosial hərəkətlilik və fəaliyyətlərdəki ola biləcək təsiri, ilin ilk rübü üzrə neft tələbi proqnozlarını səsləndirməkdə təmkinli olmağı tələb edir.
Marja hesabata istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrdə geniş miqyasda peyvəndləmə işlərinin başlamasının ilin ikinci yarısında tələbdə daha güclü bir artımı dəstəkləyəcəyi nəzərdə tutulur.
Qlobal neft tələbinin pandemiya səbəbilə itirdiyi həcmin 60%-ni geri qazanacağı və bu il keçən illə müqayisədə təxminən 5,4 milyon barrel/gün (6%) artımla gündəlik 96 milyon 440 min barrel səviyyəsinə çatacağı təxmin edilir.
Qlobal neft təklifi yanvarda 2020-ci ilin Aprelindən bu yanağı ən yüksək səviyyəyə çatıb.
Hesabata görə, qlobal neft təklifi, keçən ay dekabr ayı ilə müqayisədə təxminən 580 min barrel/gün artımla gündəlik 93 milyon 630 min barrel olub. Bu rəqəm, Aprel 2020-dən bu yana ən yüksək səviyyədir.
Neft təklifinin artımasına - Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupu ölkələrinin istehsalı yüngül artırmaları və digər istehsalçı ölkələrin daha çox istehsal reallaşdırmaları səbəb olub.
OPEC-in xam neft istehsalı isə yanvarda 240 min barrel/gün artımla gündəlik 25 milyon 450 min barrelə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)







