Konstitusiya Məhkəməsinin sədri: “Bank sahəsində bir sıra ziddiyyətli məsələlər var”
“Konstitusiya Məhkəməsinə müraciətlər əsasən mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olur. Müraciətlər hüququn bütün sahələrini əhatə edir. Bu gün əsasən mülkiyyət məsələləri ilə bağlı müraciətlər daha çoxluq təşkil edir".
Bunu açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsinə bank sahəsi ilə bağlı müraciətlər də olur: "Bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də Ombudsmanın müraciətləri var. Bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var. Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik".
F. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələlərlə bağlı hər kəs - hüquqi və fiziki şəxslər müraciət edə bilərlər: "Müraciətlər 2004-cü ilin yanvar ayından davam edir. Deyərdim ki, müraciətlərin sayı son illər stabil qalır. Ola bilsin, müraciətlərdə bir balaca artım var. Müraciətlər bir neçə mərhələ keçir. Əvvəl Konstitusiya Məhkəməsinin aparatında yoxlanılır. Hansı müraciətlərin ki, bizə aidiyyəti var, onlar Konstitusiya Məhkəməsinin palatalarında öyrənilir. Konstitusiya Məhkəməsinə hər cür normativ hüquqi aktlardan, yəni icra, qanunvericilik, bələdiyyə, məhkəmə aktlarından şikayət verilə bilər. Lakin bunun da müəyyən şərtləri var. Qanunda nəzərdə tutulub ki, bütün müdafiə vasitələri tükəndikdən sonra Konstitusiya Məhkəməsinə şikayət verilə bilər".
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























